
Kreml Cənubi Qafqaz uğrunda mübarizədə Qərbə uduzur - RƏY
02:37 03.09.2024
Dünya
450
Zəngəzur məsələsinin aktuallaşması Rusiyanın geosiyasi maraqları ilə bağlıdır
Azərbaycan regionla bağlı xarici siyasətini Türkiyə ilə koordinasiya edir. Bu o deməkdir ki, Bakı Türkiyənin mövqeyini nəzərə almadan heç bir müqaviləni reallaşdırmayacaq. Bunu erməni politoloq Sergey Melkonyan deyib. O bildirib ki, Zəngəzur dəhlizinin idarəsi beynəlxalq özəl şirkətə həvalə edilə bilər: “Əslində, bu, Azərbaycan üçün faydalıdır. Ermənistan da bu məsələdə irəliyə doğru addım atmaqda maraqlıdır”. Melkonyan qeyd edib ki, Türkiyə və Azərbaycanın Ermənistana təqdim etdiyi şərtlər müqaviləsiz də həyata keçirilir. Erməni politoloq Karen Koçaryan da deyib ki, hazırda əsas mübarizə Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə kuratorluq, eləcə də Zəngəzur dəhlizinə nəzarət üzərində gedir: “Bu dəhliz təkcə Türkiyə və Azərbaycan deyil, həm də Rusiya, Qərb və hətta Çin üçün də önəmlidir. Ona görə də danışıqların gələcəyə saxlanması ilə bağlı deyilənlər diplomatik blefdir”. Koçaryan bildirib ki, hazırda bölgədə iki nəhəng yol proyekti var və hər ikisi də Azərbaycanı öz tərkibinə alır. O, Azərbaycanın həm Şimal-Cənub, həm də Şərq-Qərb layihəsində özünə yeganə effektiv yer edən ölkə olduğunu bildirib.
Politoloq Natiq Miri deyib ki, son günlər Zəngəzur məsələsinin aktuallaşması Rusiyanın geosiyasi maraqları ilə bağlıdır. Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizinə nəzarət Rusiyanın regionda varlığını möhkəmləndirir:

"Rusiya Cənubi Qafqaz uğrunda mübarizədə müəyyən mənada Qərb dünyasına uduzur. Qərb, o cümlədən ABŞ Ermənistanda yerləşməyə davam edir. Bu proses davamlı şəkil alıb. Avropa ölkələri də Ermənistanın güc strukturlarında təmsilçiliyi artırır. Bu o anlama gəlir ki, ABŞ və Avropa ölkələri Ermənistana təsir imkanlarını çoxaltmağa çalışırlar. Belə təqdirdə gələcək perspektiv Rusiya üçün heç də xoş mənzərə vəd etmir. Ona görə də Rusiya gələcəkdə bütün təhlükələrdən sığortalanmaq, rus hərbi bazasının Ermənistandan çıxarılmasının qarşısını almaq üçün Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək istəyir. ABŞ və digər rəqib güclərin bölgəyə nüfuzunun önünü kəsməyə çalışır. Rusiya bunu ancaq 10 noyabr üçtərəfli bəyannamə ilə edə bilər. Üçtərəfli bəyannamə hüquqi bir sənəddir və imkan verir ki, Rusiya danışıqlarda bilavasitə iştirak etsin. Bəyannamədəki 9-cu maddə konkret olaraq Rusiyanın dəhlizə nəzarət mexanizmini həyata keçirməsini nəzərdə tutur. Ona görə Moskva 10 noyabr bəyannaməsindən yapışaraq ortalığa yeni təşəbbüs atır. Azərbaycan tərəfi ona görə narazılığını bildirmir ki, Moskva-Bakı münasibətlərinə kölgə düşməsini istəmir. Həm də Bakı əmindir ki, İrəvan bu prosesdən məmnun deyil. Putinin Bakıya səfəri, ardınca Nikol Paşinyan və İlham Əliyevlə telefon danışığı bu məsələni aktuallaşdırdı. Ancaq bu o demək deyil ki, kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupların müzakirəsi konkret Zəngəzur dəhlizinin fəaliyyətini özündə ehtiva edir. Çünki Ermənistan dəfələrlə görüş və müzakirədə maraqlı tərəf olduğu görüntüsünü yaratmağa çalışıb, imitasiya edib. Bu da onlardan biri ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət