Kreml: Ukrayna hələ də enerji obyektlərinə hücumlara moratoriuma qoşulmayıb
11:12 02.04.2025
Dünya
457
Ukrayna hələ də enerji obyektlərinə hücumlara moratoriuma qoşulmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Ukraynanın enerji obyektlərinə zərbələrə qoyulan moratorium qüvvədə qalır və Rusiya buna əməl edir.
"Əslində, Kiyevin bu moratoriuma qoşulmaması davam edir. Artıq qeyd edildiyi kimi, biz bu vəziyyəti amerikalıların diqqətinə çatdırırıq. Bəli, Rusiya tərəfi bu moratoriuma əməl etməkdə davam edir”, - Kremlin sözçüsü vurğulayıb.
Peskov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etməyə hazırdır, lakin Kiyev bu yolla getmək istəmir: "Prezident Putin dinc danışıqlara, Ukraynadakı vəziyyəti siyasi və diplomatik üsullarla həll yollarının tapılmasına açıq qalır. Rusiyanın Amerika tərəfi ilə razılaşaraq, enerji infrastrukturu obyektlərinə hücumlara müvəqqəti moratoriuma qoşulduğunu bəyan etməsi bunun ən bariz sübutudur".
Kremlin rəsmisi Ukraynanın eyni yolla getmək istəmədiyinin göründüyünü söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya