
Kremlin hələ ÇİN olmayan arzusu...
03:19 19.01.2024
Dünya
530
Rusiya Yaxın Şərqdə təkbaşına fəallaşa bilməyəcəyini anlayıb “İki ölkə arasında ticarət əməkdaşlığının həcmi 230 milyard dollara çatıb”
Rusiya Ukraynada müharibəni davam etdirməklə yanaşı Yaxın Şərqdəki proseslərə də təsir etməyə çalışır. Ancaq Rusiya Yaxın Şərqdə təkbaşına fəallaşa bilməyəcəyini anladığından bu məsələdə strateji tərəfdaşı Çinə ümid edir. Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl çinli həmkarı Van İyə zəng edib. Nazirlər iki əsas mövzunu müzakirə ediblər. Birinci mövzu BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının beynəlxalq aləmdə gücləndirilməsi olub.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Moskva və Pekin bu təşkilatın qapılarını bir çox dövlət üçün açıb, quruma yeni üzvlər qəbul olunub. Ekspert qeyd edib ki, Moskva və Pekin bu yolla həm tərəfdaşlarının sayını artırmağı, həm də ABŞ-ni müxtəlif bölgələrdə sıxışdırmağı hədəfləyiblər:

"BRİKS təşkilatında sədrlik Rusiyaya keçib. Bu ilin oktyabr ayında Kazan şəhərində BRİKS təşkilatının sammiti keçiriləcək. Rusiya bu sammiti “qlobal təhlükəsizlik və inkişaf” şüarı altında keçirmək istəyir. Pekin bu şüarı bəyənib. Buna baxmayaraq, digər BRİKS üzvləri, o cümlədən Hindistan, Braziliya, Cənubi Afrika Respublikası və ya quruma yeni üzv Səudiyyə Ərəbistanı Moskva və Pekinin anti-Qərb siyasətini dəstəkləmirlər. Nazirlərin müzakirə etdiyi ikinci mövzu İsrailin Qəzzadakı hərbi əməliyyatı olub. Moskva və Pekin İsrailin Qəzzadakı hücum əməliyyatını dayandırmasının vacib olduğu qənaətindədirlər. Moskva və Pekin bu məsələdə öz aralarında koordinasiyanı gücləndirməyi qərara alıblar. Hər iki ölkə bölgədə Fələstin dövlətinin yaradılmasını vacib bilirlər. Bunu elə Moskva ilə Pekinin rəqibi Vaşinqton da istəyir".
Analitik vurğulayıb ki, ABŞ dövlət katibi Antoni Blinken İsrailə son səfəri zamanı Fələstin dövlətinin tanınması vacibliyini israilli rəsmilərə də izah edib: "Blinken bu olmadan İsrailin problemlərinin həll olunmayacağı qənaətindədir. Buna baxmayaraq, Vaşinqton Moskva və Pekinin BMT-də İsrail əleyhinə qətnamə qəbuluna imkan vermir. Sergey Lavrov və Van İy telefon danışığında bir daha Qərb blokunun Rusiya və Çinə qarşı siyasətini tənqid ediblər. Bu arada, ABŞ və Avropa İttifaqının sərt sanksiyaları fonunda Çinin Rusiya iqtisadiyyatında payı artıb. İki ölkə arasında ticarət əməkdaşlığının həcmi 230 milyard dollara çatıb. Rusiya Çinlə Avrasiya İqtisadi Birliyi çərçivəsində də əməkdaşlığı genişləndirməyi planlaşdırıb. Bu durum Rusiyanın Çindən asılılığını artırıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət