KTMT dövrü İrəvan üçün bitir: Paşinyana Qərbdən 100 faizlik qarantiya verilib
Yusif Sultanoğlu
04:05 15.03.2024
Dünya
398
“Rusiya hazırkı vəziyyətdə İrəvanın addımlarına kəskin reaksiya vermək gücündə deyil”
Ermənistan Rusiyada prezident seçkiləri günü KTMT-dən çıxdığını elan edə bilər. Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, son günlər ən çox müzakirə olunan mövzulardan biri Ermənistanın xarici siyasətindəki dəyişiklikdir: "Bunun da ilk toxumu sentyabrın 1-də “Zvartnots” aeroportundan Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı İrəvandan Moskvaya göndərilən rəsmi məktub oldu. Nikol Paşinyan son mətbuat konfransında bildirdi ki, KTMT-dən çıxmaq və ya qalma şərtlərə bağlıdır. Ötən ilin ortalarından hakimiyyət daxilində məsələ ilə əlaqədar gərgin müzakirələr gedir". “Past” yazıb ki, hakimiyyət daxilində belə bir qərarın mümkün zərərli nəticələri barədə təşviş olsa da, Nikol Paşinyan KTMT-dən çıxmaqda qərarlı və israrlıdır: “Hakimiyyət daxilindəki müzakirələrdən xəbərdar olan həmsöhbətimiz deyir ki, Rusiyada prezident seçkiləri günü (17 mart) KTMT-dən çıxmağın elan olunması variantı kifayət qədər ciddi müzakirə olunub. Onun sözlərinə görə, Paşinyan canlı yayımda KTMT-dən çıxdığını bəyan edəcəyi təqdirdə (Azərbaycanla) sərhəddə eskalasiya ola bilər. Əldə etdiyimiz məlumata görə, bu variant kifayət qədər ciddi müzakirə olunub. Xüsusən də Qərb KİV-inin müvafiq informasiya dəstəyi ilə bunun yenidən seçiləcək Putinə “yaxşı hədiyyə” olacağını nəzərə alan hakimiyyətin Qərb qanadı həyəcanlıdır”.
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov bildirib ki, Paşinyan yaxşı başa düşür ki, Rusiyanın bölgədən sıxışdırılması ona və dövlətinə asan başa gəlməyəcək. Ekspertin sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi gücü Ermənistan ərazisindədir. Məhz bu ölkə çar dönəmindən Rusiyanın bölgədəki əsas istinadgahı olub:
"Rusiya rəsmilərinin son vaxtlar əsəblərini cilovlaya bilməyib dediyi kimi Ermənistan dövlət olmasına və bugünkü ərazisinə görə Rusiyaya minnətdar olmalıdır. Eyni zamanda ermənilər milli xislətlərinə uyğun olaraq rusların onlara qarşı olan siyasi məhəbbətlərindən qonşularına, xüsusilə də Azərbaycana qarşı amansızlıqla istifadə ediblər. Başqa cür desək, Rusiyanın bölgəmizdəki çubuğu olmağa həmişə həvəslə razı olublar. Bəs indi nə baş verir?! İlk baxışdan Paşinyanın davranışı Rusiyanın imperiya maraqlarını sıxışdırmağa çalışan öz xalqının məğrur lideri kimi görünə bilər. Amma bu milləti yaxşı tanıyanlar dəqiq bilir ki, ermənilər təzə ağa tapmayınca köhnəsindən imtina etməzlər. Paşinyan hesab edir ki, Rusiya Ukrayna ilə müharibədən əvvəlki gücü ilə çıxmayacaq. Ona görə də mümkün qədər tez ağanı dəyişməyə çalışır".
Ekspertin fikrincə, görünür, Paşinyana Qərbdən kifayət qədər qarantiya verilib ki, Rusiya hazırkı vəziyyətdə onun addımlarına kəskin reaksiya vermək gücündə deyil:
"Amma müşahidələr onu göstərir ki, bu çox təhlükəli ola bilər. Hətta təkcə Ermənistan üçün deyil, bütün bölgə üçün ciddi ziyan vurar. Əslində, Ermənistan hazırda mümkün qədər operativ olaraq Azərbaycanla sülh müqaviləsi bağlamağa və Türkiyə ilə münasibətləri normallaşdırmağa üstünlük verməli idi. Rus qoşunlarının bölgədən çıxarılması olduqca vacib məsələdir. Amma hazırda regionda böyük güclərin toqquşdurulmasına cəhdlə bunu etməyə çalışmaq tamamilə səhv siyasətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya