Kursk əməliyyatları getdikcə səngiyir
01:00 03.09.2024
Dünya
530
Bu onu göstərir ki, Kiyevin planı Rusiya qoşunlarının Ukraynadakı prioritetlərinə təzyiq yarada bilmir
Rusiyanın Donetskdəki təmas xəttini irəli çəkməsi Ukraynanı çətin vəziyyətə salır
Türkiyə 2024-cü ilin yazında taxıl müqaviləsini bərpa etməyə çalışdı, Moskva hazır idi, lakin Kiyev Rusiya razılıq verdikdən sonra imtina etdi. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Lavrov bildirib ki, cari ilin yazında Türkiyə tərəfindən bu dəyişdirilmiş formatda ərzaq tədarükünün qorunmasına dair sazişi yeniləməyə cəhd edildi: "Hazır idik. Son anda ukraynalılar dedilər ki, kommersiya gəmilərinə toxunmamaq öhdəliyinə əlavə kimi atom elektrik stansiyalarının təhlükəsizliyini qorumaq zərurətini də bənd olaraq yazaq. Yersiz görünürdü, amma biz dedik ki, bunu edək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bizi bunun irəliyə doğru bir addım olacağına inandırdı. Ərdoğan tamamilə səmimi oynadı və kömək etməyə çalışdı. Razılaşdıq, amma ukraynalılar dərhal dedilər ki, yox, bu onları qane etmir. Görünür, onların artıq atom elektrik stansiyalarını bombalamaq planları var idi”.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, sovet lideri Nikita Xruşşov faktiki olaraq RSFSR-in tərkibində olan Krımı Ukraynaya verib. Putinin sözlərinə görə, Ukraynadakı mövcud vəziyyətə bütün xarici, eləcə də daxili amillər kompleksi təsir edib və SSRİ rəhbərlərinin milli-ərazi məsələsi ilə bağlı qərarlarının nəticələri də mənfi rol oynayıb: “1954-cü ildə Xruşşov faktiki olaraq Ukraynaya RSFSR-in tərkibində olan Krımı verib. SSRİ tərkibindəki respublikaların sərhədləri proletar zərurətindən irəli gələrək özbaşına bölünürdü. Beləliklə, əsasən rusların məskunlaşdığı sənaye Donbası Ukraynaya verilib”.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Rusiya lideri Vladimir Putin Kurskdakı vəziyyətlə əlaqədar məsuliyyət payını üzərindən atmaq kampaniyasını uğurla davam etdirir. Ekspert qeyd edib ki, Putinin Ukraynanın Rusiya ərazilərinə daxil olması ilə bağlı kifayət qədər sözünü deməməsi və özünü yalnız bir neçə ictimai bəyanatla məhdudlaşdırması yuxarıdakı fikrin təsdiqidir:
"Ukraynanın Kurskdakı irəliləyişlərində nəzərəçarpacaq səngimə var. Bu onu göstərir ki, Kiyevin planı Rusiya qoşunlarının Ukraynadakı prioritetlərinə təzyiq yarada bilmir. Rusiyanın Donetskdəki təmas xəttini irəli çəkməsi Ukraynanı çətin vəziyyətə salır. Ukraynanın Kurska daxil olması ilk günlərdə informasiya məkanında və hərbi-siyasi müstəvilərdə şok effekti yaratsa da, yaşanan durğunluq Kiyevin heyrətamiz sürprizi əlindən buraxdığına dair təsəvvürlər formalaşdırır. Rusiyanın Ukraynadakı hərbi kampaniyası rəsmi Moskvanı əlavə daxili təhlükəsizlik çətinlikləri ilə üzləşdirəcək. Rusiya daxilində ekstremizm hərəkatında dönüş mərhələsinə daxil olunması üçün Moskvanın rəqiblərinin plan hazırladığını deyə bilərik. Əvvəldən qeyd etdiyim kimi, Ukraynanın Kursku yüksəksəviyyəli cəbhə sektoru kimi prioritetləşdirməsi Moskvanın aviasiya hücumlarının şiddətlənməsinə gətirib çıxardı. Rusiyanın bu gün Ukraynanı intensiv aviasiya hücumlarına məruz qoyması Kurskdakı döyüşlərin Moskvanın toparlanmasına ciddi maneə yaratmadığını göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət