Lavrov ABŞ-Rusiya danışıqlarını pozdu

Rusiyanı təcrid etmək məntiqi ilə qurulacağı təqdirdə Ukraynaya verilən təhlükəsizlik zəmanətlərinin rədd ediləcəyini açıqlayan Rusiya xarici işlər naziri Sergey Lavrovun şərhləri ölkəsi ilə ABŞ arasında danışıqları pozub.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan avropalı rəsmiyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, indi Kreml ABŞ-nin yeni sanksiyalarından qaçmaq üçün Ağ Evi təhlükəsizlik zəmanətlərindən imtina etməyə və Rusiya ilə Ukrayna arasında görüşün səviyyəsini ölkələrin prezidentlərindən aşağı rütbəli məmurlar səviyyəsinə endirməyə çalışa bilər.

Rəsmilər “Bloomberg”ə deyiblər ki, ABŞ Lavrovun bəyanatlarını prosesi ləngitmək cəhdi kimi qiymətləndirib və Rusiya Prezidenti Vladimir Putinin razılaşmaya hazır olduğuna dair şübhələr yaradıb.

Dünən Sergey Lavrov bildirib ki, Alyaska sammitindən sonra Avropa liderləri Ukrayna Prezidenti Volodimir Zelenskinin arxasınca Vaşinqtona qədər gediblər və orada məqsədi “usiyanı təcrid etmək məntiqi ilə təhlükəsizlik təminatları yaratmaq olan gündəmlərini qəbul etdirməyə çalışıblar: “Əlbəttə, bu, bizdə tamamilə rədd edilməkdən başqa heç bir hiss oyatmır”.

Rusiyanın baş diplomatı mükün Zelenski-Putin görüşünü isə “Trampın fantaziyası” adlandıraraq, Ukrayna və Rusiya prezidentləri arasında ABŞ liderinin görüş təklifini də rədd edib. Lavrovun bu açıqlaması da Vaşinqtonda etirazla qarşılanıb.