Mahmud Abbas: "HƏMAS Qəzza zolağının idarə olunmasında heç bir rol oynamayacaq"
21:26 22.09.2025
Dünya
400
"Fələstinin "HƏMAS" radikal qruplaşması Qəzza zolağının idarə olunmasında heç bir rol oynamayacaq".
"Report" xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yaxın Şərq sülh prosesi üzrə yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "HƏMAS" və digər qruplar silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməlidir.
"Fələstin Milli Administrasiyası silahsız, qanuni təhlükəsizlik qüvvələri ilə vahid dövlət yaratmağa çalışır".
Fələstinin FƏTH və HƏMAS hərəkatları arasında Misirin vasitəçiliyi ilə Qəzzada müharibədən sonrakı idarəçiliklə bağlı danışıqlar illərdir aparılır. Ən son danışıqlar 2-4 noyabr 2024-cü il tarixlərində Qahirədə baş tutub.
Bu danışıqlardan sonra ümumi Fələstin milli konsensus hökuməti formalaşana qədər zolağını idarə etmək üçün məsul olan müvəqqəti qurumun yaradılması qərara alınıb. Bu struktur "İctimai Dəstək Komitəsi" adlandırılıb.
Misir mənbələrinə görə, bu qurum Fələstin prezidenti Mahmud Abbasın fərmanı ilə yaradılıb və onun tərkibinə qəzzalı olan, lakin heç bir siyasi partiyaya bağlı olmayan müstəqil nümayəndələr daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat