Makronun piarı fiaskoya uğradı -Politoloq
Makronun piarı fiaskoya uğradı -Politoloq
09:44 06.03.2024
Dünya
428
O, guya, Qərbin Ukrayna siyasətini Fransa müəyyənləşdirir kimi görüntü yaratmaq istədi
Almaniya kansleri Olaf Şoltsla Fransa Prezidenti Emmanuel Makron arasında Ukraynaya yardım göstərilməsi məsələsi ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.
Şolts və Makron arasında Ukraynaya hərbi yardımla bağlı fikir ayrılığı açıq düşmənçiliyə çevrilməyə başlayıb. Belə ki, Almaniya Ukraynaya “Taurus” raketlərini vermək istəmədiyi bir zamanda, Fransa ölkəyə özünün “SCALP” qanadlı raketlərini göndərmək istədiyini açıqlayıb. Şolts və Makron arasında fikir ayrılığına səbəb olan məsələlərdən biri də Rusiya ilə sərhədə ölkə qoşunlarının göndərilməsidir. Almaniya Kansleri dəfələrlə bildirib ki, NATO Ukraynada münaqişə tərəfi olmayacaq, alman hərbçilər isə ölkəyə göndərilməyəcək. Fransa lideri isə Qərb ölkələrinin əsgərlərinin Ukraynaya göndərilmə ehtimalını istisna etməyib.
SRF radiosu isə məlumat yayıb ki, Ukraynaya yardım məsələsində Almaniya və Fransa arasında münaqişə Rusiya Prezidenti Vladimir Putinə sərf edir. “Putin hazırda şampan açır. O, Avropa dövlətlərinin zəifliyindən istifadə etmək fürsətini heç vaxt qaçırmır”. Bildirilib ki, açıq səhnədə Avropanın iki ən mühüm tərəfdaşı arasında mübahisələr Rusiya liderinin əlinə oynayır: “Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə Qərbin quru qüvvələrini Ukraynaya göndərməyi düşünürdü, lakin Almaniya kansleri Olaf Şolts tərəfindən dərhal töhmət aldı. Almaniya kansleri narahatdır ki, fransızlar həmişə gözəl çıxışlar edir, amma sonda nəticəsi olmur”.
Politoloq İlqar Vəlizadə isə “Sherg.az”a açıqlamasında deyib ki, iki Qərb ölkəsi arasında yaşanan gərginliyə səbəb Makronun növbəti axmaqlığıdır:
"Fransa prezidenti qərar verməzdən əvvəl mütləq öz həmklarları ilə məsləhətləşməli, ən azından cəfəng fikirləri ilə bağlı xəbərdar etməlidir. O isə sadəcə özünü göstərmək, guya, Qərbin Ukrayna siyasətini Fransa müəyyənləşdirir kimi görüntü yaratmaq istədi. Lakin buna reaksiyalar çox sərt oldu. Makron NATO ölkələrinin kollektiv qərarı olmadan Alyansın adına qərar vermək iqtidarında deyil axı! Kimdir Makron!? NATO-nun Baş katibi deyil ki, digər ölkələrin də adından qərar vermək, çıxış etmək səlahiyyətini özündə hiss eləsin. Baş verən krizə də səbəb birbaşa Makronun səriştəsizliyi və siyasi cəhətdən bisavad olmasıdır”.
Avropanın iki ən mühüm tərəfdaşı arasındakı mübahisələrin Rusiya liderinin əlinə oynaması iddialarına gəldikdə isə politoloq Qərb ölkələri arasındakı ziddiyyətlərin bir o qədər dərin olmadığını vurğulaylb. İ.Vəlizadənin sözlərinə görə, Makronun Ukraynaya hərbi yardımla bağlı çıxışı da bir növ piar xarakterlidir:
“Makronun Ukraynaya yardım məqsədilə qoşun yeritmək çıxışı səmimi deyil. Fransa prezidenti NATO-nun bu prosesə yanaşmasını çox gözəl bilir. Hansı ki, NATO ölkələrinin Ukrayna-Rusiya müharibəsinə hərbi müdaxilə etməməsi barədə yekdil qərarı var. Əks halda atılacaq hansısa bir addım 3-cü dünya müharibəsinin başlaması deməkdir. Bu zaman da Rusiyanın nüvə potensialından istifadəsi qaçılmaz olacaq ki, Avropa ölkələri bunun hansı fəsadlara səbəb olacağını çox gözəl bilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR
15:17 11.08.2026
Cəmiyyət
Oman körfəzində konteyner gəmisi raketlə vuruldu
15:06 11.08.2026
Dünya
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
15:01 11.08.2026
Hadisə
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
14:43 11.08.2026
İnfrastruktur
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya