Mərakeş polisi İspaniyanın Seuta muxtar şəhəri ilə sərhəddə yüzlərlə miqrantın keçidinə mane olub.
Teleqraf xəbər verir ki, bu barədə “El País” məlumat yayıb.
Bildirilib ki, Saharadan cənubda yerləşən Afrika ölkələrindən olan miqrantlar Seutaya keçməyə cəhd göstəriblər. Mərakeş təhlükəsizlik qüvvələri onların qarşısını alıb və bir qrup miqrantı saxlayıb.
Nəşrin məlumatına görə, polis əməkdaşları miqrantlara qarşı güc tətbiq edərək onların İspaniyanın Şimali Afrikadakı muxtar şəhərinə daxil olmasına imkan verməyib.
Hadisə sosial şəbəkələrdə Seutaya yeni kütləvi keçid çağırışlarından sonra sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vaxt baş verib.