İnanmıram ki, Müctəba Xamenei sakit yaşaya bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.
“Əgər İrana zərbə endirmək üçün daha üç gün gözləsəydim, ABŞ-a hücum ediləcəkdi. Biz onlara ilk hücum edəndə raketlərinin 50%-ni sıradan çıxardıq. Əgər etməsəydik, daha çətin mübarizə olardı. Hələ də İranla potensial danışıqlar mümkündür və şərtlərdən asılıdır", - o bildirib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.