Nigerdə xunta Fransanı ittiham edir
Yusif Nəzərli
05:57 10.09.2023
Dünya
601
İyulun sonunda hakimiyyəti ələ keçirdiyini elan edən Niger xuntası Fransanı sonrakı hərbi müdaxilə üçün qüvvə toplamaqda ittiham edib.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Üsyançıların qurduğu Vətənin Qurtuluşu Milli Şurasının nümayəndəsi polkovnik Amadu Abdramanın sözlərinə görə, Fransa “Nigerə qarşı təcavüzə hazırlıq çərçivəsində” Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (ECOWAS) üzv bəzi dövlətlərdə qüvvələr yerləşdirməyə davam edir.
Xatırladaq ki, Fransa tərəfinin iyul çevrilişindən sonra devrilmiş Prezident Məhəmməd Bazuma dəstək verməsindən sonra Niameyin Parislə münasibətləri sürətlə pisləşib. Niger 1960-cı ilə qədər Fransanın müstəmləkəsi olub.
Üsyançılar daha öncə də Fransanı müdaxilə hazırlamaqda ittiham ediblər, lakin rəsmi Paris bunu təkzib edib. Avqustun 22-də “Radio Algeria” Fransanın Nigerdə hərbi əməliyyat keçirmək üçün Əlcəzairin hava məkanına çıxış tələb etdiyini, lakin Əlcəzairin bundan imtina etdiyini açıqlayıb. Paris bu məlumatı da təkzib edib. Bununla belə, Fransa Prezidenti Emmanuel Makron Nigerdə hərbi əməliyyat olacağı təqdirdə ECOWAS-a dəstək verməyə hazır olacağını deyib. Təşkilat orada konstitusiya quruluşunu bərpa etmək üçün ölkəyə qoşun yeritmək məsələsini müzakirə etsə də, indiyədək bu məsələ ilə bağlı heç bir qərar verilməyib.
Nigerdəki xunta mümkün hücumla əlaqədar ordunu hazır vəziyyətə gətirib və “könüllü səfərbərlik” elan edib. Bundan əvvəl çevrilişlərin də baş verdiyi Burkina-Faso və Mali üsyançılara dəstək verəcəklərinə söz verib.
Çevrilişdən sonra Niger Fransa ilə bütün hərbi müqavilələri pozub. Afrika ölkəsinin Ali Məhkəməsi səfir Silven İtteni diplomatik toxunulmazlıqdan məhrum edib və onun dərhal ölkədən çıxarılmasını təsdiqləyib. Sentyabrın 5-də “Le Monde” mənbələrə istinadən yazıb ki, Paris Niger xuntası ilə qoşunlarının bir hissəsinin ölkədən çıxarılmasını müzakirə etməyə başlayıb. Afrika ölkəsindəki üç bazada təxminən 1 500 fransalı hərbçi mövcuddur. Rəsmi Paris əvvəllər belə bir ehtimalı istisna edirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya