Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər edib.
Teleqraf xəbər verir ki, nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, iqtisadiyyat naziri Gevorq Papoyan, Ermənistan-Almaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Vardanyan və başqaları daxildir.
Rəsmi səfər çərçivəsində dekabrın 9-da Ermənistanın baş nazirinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Mertslə görüşləri nəzərdə tutulub.
Dekabrın 10-da Nikol Paşinyan Hamburqa yola düşəcək və orada vilayətin rəhbəri Peter Çençerlə görüşəcək.