Pakistan Trampın planına etiraz etdi

“ABŞ Prezidenti Donald Trampın bu həftə Qəzza ilə bağlı elan etdiyi 20 bəndlik plan əksəriyyəti müsəlman olan bir qrup ölkənin təklif etdiyi layihə ilə uyğun gəlmir”.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan xarici işlər naziri İshaq Dar bildirib.

“Bu, onlara göndərdiyimiz sənədə uyğun deyil. Bizim əhatə etmək istədiyimiz bəzi əsas sahələr var. Onlar da əhatə olunmalıdır”, - nazir qeyd edib.

İshaq Dar əlavə edib ki, planın yaxın məqsədləri atəşkəsi təmin etmək, qanın tökülməsini dayandırmaq, humanitar yardım axınına icazə vermək və məcburi köçə son qoymaqdır.