Paşinyan ABŞ-a işgüzar səfərə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 22-dən 25-dək ABŞ-da işgüzar səfərdə olacaq.

Sherg.az xəbər verir ki, Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək və yüksək səviyyəli ümumi siyasi debatlarda çıxış edəcək.

Səfər çərçivəsində Ermənistan hökumətinin başçısının BMT-nin baş katibi Antonio Quterreş və digər xarici tərəfdaşlarla görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də işə başlayıb. Dövlət və hökumət başçılarının iştirakı ilə ümumi siyasi debatlar sentyabrın 22-dən 28-dək Nyu-Yorkda keçirilir.