“Müxalifət nümayəndəsi iddia edir ki, orduda baş verən hadisələrə görə insanlar mənim istefamı tələb edirlər. Gəlin baxaq: 2002-ci ildə 24 hadisə olmuşdu. Bəs Serj Sərkisyan və ya Robert Köçəryan niyə istefa vermədi?”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə orduda qeyri-döyüş şəraitində baş verən ölüm hadisələri ilə bağlı müzakirələrdən danışarkən deyib.
O xatırladıb ki, 2003-cü ildə 15, 2004-cü ildə isə 16 belə hadisə baş verib:
“Bəs Robert Köçəryan niyə istefa vermədi? Serj Sarkisyan da müdafiə naziri idi, sonra hakimiyyəti ələ keçirərək prezident oldu. Seyran Ohanyan müdafiə naziri olanda da baş vermişdi. Rəqəm istəyirsiniz? 2010-cu ildə 21 hadisə baş verib.
Bəli, bu gün nazir beynəlxalq hesabatdan danışır. Hesabatda deyilir ki, intiharın təbliği yeni qətllərə gətirib çıxarır. Bizim müxalifət isə bəzən müdafiə nazirini, bəzən də hökuməti hədəfə almaq üçün intiharın təbliği ilə məşğuldur”.