Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadakı səfir Qurgen Arseniyanın fəaliyyətindən narazıdır və onun geri çağırılmasına qərar verib.
Sherg.az xəbər verir ki, məlumata görə, bu barədə "Armlur" öz mənbələrinə istinadən yazıb. Bildirilir ki, Paşinyanın qərarı yekundur və Ermənistan-Rusiya münasibətlərində yaranmış gərginlik fonunda qəbul edilib.
Hazırda Arseniyanın yerinə kimin təyin olunacağı məlum deyil. Nəşrin məlumatına görə, səfir vəzifəsi üçün hələ konkret namizəd müəyyənləşdirilməyib.
Ermənistan hakimiyyəti məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qurgen Arseniyan 2024-cü ilin avqustunda Ermənistanın Rusiyadakı səfiri təyin edilib. O, bundan əvvəl Ermənistan parlamentində hakim “Mülki müqavilə” partiyasından deputat olub.