Pekin Honkonqu ram edir
Fidan Həmişəyeva
08:57 09.03.2021
Dünya
663
Çin Honkonqu özünə tabe etdirməyə çalışır. Pekin ilk əvvəl Honkonqun seçki sistemini dəyişdirmək istəyir. Pekin bu yolla Honkonqdakı anti-Çin qüvvələri neytrallaşdırmağa çalışır. Ancaq hadisələrin bu cür gedişatı Vaşinqtonu və Brüsseli narahat edir. Vaşinqtonda və Brüsseldə hesab edirlər ki, Pekin insan haqlarının növbəti pozuntularına hazırlaşır.
Pekin ilkin mərhələdə Honkonqun qanunverici strukturunu dəyişəcək. Bu stuktur Honkonq administrasiyasının rəhbərini müəyyənləşdirir. Deməli, Pekin qanunverici strukturun tərkibini dəyişdirməklə administrasiya rəhbərliyinə də istədiyi şəxsi gətirə bilər. Pekin seçki sistemini elə dəyişmək istəyir ki, Honkonqda Çin əleyhinə çıxan qüvvələr və ya şəxslər deputatlığa namizədliklərini irəli sürə bilməsinlər. Bundan başqa Pekin Honkonq parlamentinin sayını indiki 70 nəfərdən 90 nəfərə qədər artırmağı planlaşdırır. Bu da anlaşılandır. Pekin Honkonq parlamentində tərəfdarlarının sayını çoxaltmağa çalışacaq.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Honkonqun indiki rəhbərliyi Pekinin planları əleyhinə çıxmır:
“Onlar hesab edirlər ki, bu Honkonqun təhlükəsizliyinin artırılması baxımından gərəklidir. Ancaq Honkonqda hamı belə düşünmür. Honkonqun Çindən məsafə saxlamasını istəyən siyasi cərəyanlar Pekinin planları əleyhinə çıxırlar. Onlar hesab edirlər ki, Pekin Honkonqda da kommunist idarəçiliyi bərpa etmək istəyir.
Honkonq uzun illər Böyük Britaniyanın tərkibində olub. London Honkonqu 1997-ci ildə Çinə təhvil verib. Çin hakimiyyəti birləşməni belə adlandırıb: “Bir ölkə, iki sistem”. Məsələ burasındadır ki, Çində kommunist rejim mövcud olsa da, Honkonq kapitalist idarə üsuluna malik idi. Pekin 1990-cı illərdə Honkonqu özünə müqavimətsiz birləşdirmək üçün “bir ölkə, iki sistem” şüarından istifadə etdi.
Bu şüar o illər çoxlarını razı saldı, düşünüldü ki, Pekin fərqli sistemə hörmət edəcək. Ancaq illər keçdikcə Pekin bu sistemi dəyişdirməyə başladı və Honkonqu daha çox özünə ram etdirməyə başladı. Bu isə Honkonqda kütləvi etirazlara səbəb oldu. Ən böyük etirazlar 2019-cu ildə qeydə alındı.
Çin Honkonqda ələ keçirilən cinayətkarların Çinə ekstradisiyasına qərar verdi. Bu qərar Honkonq əhalisi arazında narazılığa səbəb oldu. Çünki, hesab edildi ki, Pekin “cinayətkar” adı altında xoşuna gəlmədəyi istənilən şəxsi, o cümlədən müxalif düşüncəli siyasətçini Çindəki həbsxanalara ekstradisiya edə bilər. Koronavirusa baxmayaraq, Honkonqda etirazlar 2020-ci ildə də davam etdi. ABŞ, Avropa İttiafqı və Avstraliya Honkonqdakı etirazlara dəstək verdilər. ABŞ-ın o zamankı dövlət katibi Mayk Pompeo Pekinin qərarının Honkonq muxtariyyətini məhv edəcəyini bildirdi. ABŞ-ın yeni administrasiyası da böyük ehtimalla Honkonqdakı mümkün etirazlara dəstəyi davam etdirəcəklər.
Buna baxmayaraq, bəzi ümidlər var ki, Çin Honkonq parlamentinə dialoqa meylli müxalifət nümayəndələrinin seçilməsinə mane olmayacaq. Ancaq Honkonqda fərqli düşünənlər az deyil”.
Analitik vurğulayıb ki, Çinin Kommunist Partiyası özgəfikirliyə dözüm nümayiş etdirmir:
“Belə olmasaydı, Çindəki uyğurlar dünyanın gözü qarşısında zülmlə üzləşməzdi. Pekin eləcə də Honkonqda özgəfikirliyi ortadan qaldırmağa çalışır. Çünki, Pekin ehtiyat edir ki, fərqli siyasi sistem gələcəkdə Çin ərazisindəki vətəndaşların diqqətini çəkə bilər. Bu baş verməsin deyə Pekin Honkonqun siyasi sistemini tədricən özününküləşdirməyə çalışır. Məsələn, Çinin tələbi ilə Honkonqda 47 nəfətin məhkəməsi davam edir. Bu o şəxslərdir ki, Çinin siyasətini kəskin tənqid ediblər. Onları Çin təhlükəsizliyinə problem yaratmaqda ittiham edirlər.
Honkonqda etirazlar səngiyib. Ancaq hər an durum Pekinin əleyhinə yenidən dəyişə bilər. Bundan başqa Qərb ölkələrinin də etirazlara dəstək verdiyini nəzərə almaq lazımdır. Buna baxmayaraq, Pekin geri addım atmayacaq. Çin hakimiyyəti Qərblə müqaviməti davam etdirməyə hazırdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat