Rusiya prezidenti Vladimir Putin sabah İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS agentliyinə açıqlamasında bildirib.
“Bəli”, - deyə Peskov Rusiya liderinin Əraqçini qəbul edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Abbas Əraqçinin danışıqlar aparmaq məqsədilə Moskvaya səfər edəcəyini təsdiqləmişdi.