
Politoloq: ABŞ-nin Qəzza zolağında mövcudluğu ciddi müzakirələr tələb edən məsələdir
08:56 06.02.2025
Dünya
455
Prezident Donald Trampın Qəzza zolağında ABŞ-ın uzunmüddətli sahibliyi ehtimalı ilə bağlı açıqlamaları Ağ Evin yüksək vəzifəli rəsmilərini heyrətə gətirib. Bu barədə “The New York Times“ qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, prezidentin çıxışı kənardan rəsmi və düşüncəli görünsə də, ondan əvvəl Dövlət Departamenti və Pentaqonun nümayəndələri ilə belə hallarda tələb olunan məsləhətləşmələr aparılmayıb. Nəşr qeyd edir ki, Müdafiə Nazirliyinin bu təşəbbüsün dəyərini hesablamaq və onu həyata keçirmək üçün nə qədər hərbçinin lazım olduğunu və hansı plana əməl edəcəklərini düşünmək imkanı belə olmayıb. Bir neçə ABŞ rəsmisi “The New York Times“a bildiriblər ki, onlar hələ də ideyanın necə yarandığını anlamağa çalışırlar və bunu hətta Tramp üçün də həddən artıq hesab edirlər.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a vurğulayıb ki, Donald Tramp tərəfindən müxtəlif açıqlamalar verilir:

“Trampın təkcə Qəzza zolağı ilə bağlı deyil, fərqli coğrafiyalarla əlaqədar açıqlamaları mövcuddur. Həmin açıqlamalar fonunda Donald Trampın bunu sadəcə olaraq sözdə qoyacağını və yaxud praktiki həyata keçirəcəyini zaman göstərəcək. Amerika Birləşmiş Ştatlarının Qəzza zolağında uzunmüddətli mövcudluğu çox ciddi müzakilər tələb edən məsələdir. Birincisi ABŞ-nin daxilində Trampın belə bir qərar alacağı təqdirdə konsensusun olub-olmayacağı bəlli deyil. Digər tərəfdən isə Amerikada Trampın sözügedən qərarı fərqli siyasi qüvvələr tərəfindən dəstəklənsə də, İsrail, Türkiyə və başqa dünya ölkələrinin necə reaksiya verəcəyi suallar doğurur. Eyni zamanda Həmas və Fəth hökümətinin Amerikanın Qəzza zolağında uzunmüddətli sahibliyinə dəstək olacağı da sual altındadır. Tramp tərəfindən verilən bu açıqlamanın reallaşması bir az müəmmalı məsələdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi