Polotoloq: İrəvan var gücü ilə KTMT-ni geri itələyir
07:25 28.02.2024
Dünya
482
Rusiya Ermənistanın antirus addımlarına hələ ki ekspertlərin diliylə cavab verir
Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurduğunu söyləməsi Moskva-İrəvan münasibətlərini gərginləşdirib. Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-yə sual ünvanladıqlarını, lakin bunun cavabsız qaldığını diqqətə çatdırıb: “Biz soruşduq ki, KTMT-nin məsuliyyət zonası haradadır, siz Ermənistan Respublikasının sərhədlərini tanıyırsınızmı, Ermənistan hansı sərhədlər çərçivəsində KTMT-yə qoşulub? Hələlik bunlara cavab yoxdur. Mənim şəxsi fikrim budur ki, KTMT özü-özünü söndürüb və fəaliyyət göstərmir”. Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı mövqeyi araşdırılacaq: "Ermənistanın KTMT-yə üzvlüyünü dondurması ilə bağlı mövqeyinə hələlik aydınlıq gətirilməyib". Simonyan hesab edir ki, Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalıdır. O, rusiyalı sərhədçilərə güvənmədiyini deyib: “Çünki biz ölkəmizin sərhədlərini qoruyacağıq, lakin onların qoruyacağına əmin deyiləm”. “Demokratik Platforma” fondunun direktoru Qaregin Miskaryan iddia edib ki, KTMT hərbi məlumatları alandan sonra düşmənlərə (Azərbaycan nəzərdə tutulur – red.) ötürür: “Çünki KTMT bizim müttəfiqimiz deyil. KTMT timsalında Rusiya indiki mərhələdə bizim düşmənimizdir. Bu bizim maraqlarımızın birbaşa toqquşduğu dövlətdir. Bu gün Kremldə oturanlar cinayətkardırsa, biz Rusiya Federasiyası ilə hər cəhətdən əlaqəmizi kəsməliyik. Bizim problemimiz rus xalqı ilə deyil, KTMT ilədir”.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə Ermənistanın qurumdan uzaqlaşmasını faciə kimi görməyin əleyhinə olduğunu söyləyib: “Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o, dağılmayacaq, məhv olmayacaq”.
Politoloq Qabil Hüseynli “Sherg.az”a deyib ki, Rusiya İrəvanın antirus addımlarına ekspertlərin diliylə cavab verir və adekvat addımlara keçməzdən qabaq Ermənistana xəbərdarlıq edir. Analitik qeyd edib ki, İrəvan isə daha da irəli gedir:
"Paşinyana Qərbdən söz veriblər ki, Rusiyanın təcavüzü ilə üzləşərlərsə, onlar Ermənistanı qoruyacaqlar. Təminat sözü alan Paşinyan və komandası bəzi arqumentlərlə KTMT-nin əleyhinə çıxışlar edirlər. Hətta tələb edirlər ki, KTMT-dəki fəaliyyəti dondurmaq yox, ümumiyyətlə, təşkilatdan çıxmaq lazımdır. İnanmıram ki, tərəflər qarşılıqlı ittihamlardan başqa hansısa ciddi addım atsınlar. Rusiya hazırda Ukrayna ilə müharibə şəraitindədir. Qərb Ukraynanı hərtərəfli dəstəkləyir, Kiyevə yeni silahlar verir. Belə məqamda Rusiyanın Ermənistana ciddi anlamda təzyiq göstərməsi zəif ehtimaldır. Kreml anlayır ki, Ukraynadan sonra daha bir dövlətə savaş açmaq Rusiyanı çökdürər. Paşinyan da bunu bilir və Rusiyadan uzaqlaşmaq istiqamətində addımlar atır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat