Polşa fermerləri paytaxta yürüş təşkil ediblər
19:42 27.02.2024
Dünya
401
Ukraynanın taxıl ixracı ilə bağlı vəziyyətə görə Polşa hökumətinin hərəkətlərindən narazı olan fermerlər Varşavaya yürüş keçirib və paytaxtın mərkəzində nəqliyyatın hərəkətini iflic ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Polsat” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, polşalı fermerlər Elm və Mədəniyyət Sarayının binasından Seym binalarına və Baş nazir Donald Tuskun ofisinə doğru hərəkətə başlayıblar.
Aksiya iştirakçıları əllərində Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını tələb edən plakatlar və bannerlər daşıyıblar.
Qeyd edək ki, polşalı fermerlərin etirazları yanvarın sonundan, yüzlərlə traktorla Ukraynadan Varşavaya gedən magistral yolu bağladıqdan sonra yenidən başlayıb. Fermerlər taxıl daşıyan Ukrayna yük maşınlarına hücum etməyə başlayandan sonra münaqişə daha da şiddətlənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi