Quterreş: BMT TŞ-nın nüfuzu "ölümcül" şəkildə sarsılıb
Quterreş: BMT TŞ-nın nüfuzu "ölümcül" şəkildə sarsılıb
10:01 26.02.2024
Dünya
510
BMT Baş katibi Antonio Quterreş İsrailin Rəfahda genişmiqyaslı hərbi əməliyyatının Qəzzaya yardım proqramlarına ölümcül zərbə vuracağı barədə xəbərdarlıq edib.
Bu barədə Baş katib Quterreş BMT-nin İnsan Haqları Şurası qarşısında çıxışında deyib.
"Rəfahda əməliyyatlar təkcə burada sığınan bir milyondan çox fələstinli mülki şəxs üçün qorxulu olmayacaq, bu, bizim yardım proqramlarımızın tabutuna son mismarı vuracaq", - o deyib.
"HAMAS-ın qəsdən öldürməsi, yaralaması, işgəncə verməsi və mülki insanları oğurlamasına, cinsi zorakılığa və ya İsrailə qarşı ayrı-seçkilik etmədən raket atmasına heç nə haqq qazandıra bilməz və heç bir şey Fələstin xalqının kollektiv cəzalandırılmasına haqq qazandıra bilməz", - BMT Baş katibi vurğulayıb.
O, Qəzzaya göndərilən humanitar yardımın hələ də tamamilə yetərli olmadığını əlavə edib.
"Mən humanitar atəşkəsə və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışımı təkrar edirəm", - Baş katib deyib.
O, BMT Təhlükəsizlik Şurasının "Qəzzada qan tökülməsinə son qoymaq və gərginliyin qarşısını almaq"la bağlı təcili çağırışlarına baxmayaraq, heç bir addım atmamasından təəssüfləndiyini deyib.
Quterreş bildirib ki, o, BMT Təhlükəsizlik Şurasının həm İsrailin Qəzzada əməliyyatına, həm də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı çıxa bilməməsindən təəssüflənir və bu BMT TŞ-nin nüfuzunu "ölümcül" şəkildə sarsıdıb: "Rusiyanın Ukraynaya təcavüzü və 7 oktyabrda HAMAS-ın dəhşətli terror hücumlarından sonra İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlarla bağlı Şuranın qərarlarında birlik olmaması onun nüfuzunu ciddi şəkildə, bəlkə də ölümcül şəkildə sarsıdıb. Şuranın tərkibində və iş üsullarında ciddi islahatlara ehtiyacı var", - o deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi