
Rəisi Türkiyəyə niyə gedir? -Açıqalama
Yusif Nəzərli
00:20 28.12.2023
Dünya
557
Liderlər Azərbaycan-Ermənistan sülh prosesini də müzakirə edəcəklər
İran Prezidenti İbrahim Rəisi yanvar ayının ilk həftəsində Türkiyəyə səfər edəcək. Bu barədə İran xarici işlər nazirinin müavini Əli Bagiri deyib. O bildirib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq. Səfər zamanı Türkiyə-İran Ali Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir. Qeyd edək ki, "Hürriyyət" nəşri səfərin 4 yanvarda baş tutacağını yazmışdı.
İran rəhbərinin Türkiyəyə gözlənilən səfərini "Sherg.az"a dəyərləndirən politoloq Azər Qasımov deyib ki, Türkiyə-İran münasibətləri ümumən normal müstəvidə görünsə də, tərəflər arasında gərginlik olub. Analitikin sözlərinə görə, gərginlik bilavasitə iki ölkənin şəxsi münasibətlərinin fonunda yaranmayıb:

"Qarşıdurmanın səbəbi regional proseslərə fərqli yanaşma ortaya qoyulmasıdır. Bir çox məsələyə ziddiyyətli aspektdən mövqe sərgiləmək ikitərəfli münasibətlərə də təsir göstərir. İran və Türkiyənin tarixi imperiya maraqları daim bu münasibətləri üstüörtülü gərginlikdə saxlayıb. Hesab edirəm ki, İran Prezidenti İbrahim Rəisinin səfəri zamanı Türkiyə Prezidenti R.T.Ərdoğanla müzakirə predmeti bu kontekstdə olacaq. İranın dəstək verdiyi regionlarda, xüsusən Yaxın Şərqdə İsrail-HƏMAS müharibəsi əsas məsələ kimi gündəmdə dayanacaq. Bununla yanaşı Azərbaycan-Ermənistan sülh prosesindəki hadisələr də müzakirə olunacaq. Görüşün nəticələrinə təsir edən amil tək regionla hüdudlanmadığı üçün ciddi nəticə gözləmək çətindir. Məsələ ondadır ki, iki tərəfin problemləri həll etməkdə gücü çatan və çatmayan məqamlar mövcuddur. Amma hər iki ölkənin Azərbaycan və Ermənistan sülh məsələsində ciddi təsir imkanlarını nəzərə alsaq, prosesə ciddi töhfələr verə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət