Ruhlardan qorxur, məktəbi sevmir
Yusif Nəzərli
02:30 14.12.2021
Dünya
659
Rihanna haqqında indiyədək bilinməyən 10 həqiqəti təqdim edirik
Barbadosda dünyaya gəlib ABŞ-da dünya şöhrəti qazana müğənni Rihanna səsi ilə yanaşı gözəlliyi və mükəmməl bədən quruluşu ilə heyrətləndirməkdə davam edir. “Şərq” xarici mediada yer alan xəbərlərə istinadən Rihanna haqqında indiyədək bilinməyən 10 həqiqəti təqdim edir.
1. Ruhlardan qorxur. Rihanna kiçik yaşlarında olarkən bir dostunun evində “şeytan çıxartma” ayininin şahidi olub. O gündən bəri də ruhlar, gözəgörünməz varlıqlar ən böyük qorxusudur. Bu qorxu səbəbindən “Blues Brothers” qrupunun üzvü John Belushinin yüksək dozada narkotik maddə qəbulu səbəbindən Chateau Marmont Otelində vəfat etməsi hadisəsindən sonra Rihanna bu otelin adını belə eşitmək istəmir, heç vaxt da ora getməyəcəyini bəyan edib.
2. Rihannanın atası Ronald Fenty narkotik maddə asılısı olub. Uşaq yaşlarında Rihanna atasının evdə narkotik maddə istifadə etdiyini dəfələrlə görüb. Rihanna 14 yaşındaykən valideynləri boşanıb.
3. Nə gəldi yeyir. Rihanna kulisdə, evdə, səyahətə çıxdığı zaman kalori miqdarını nəzərə almadan, kökələ biləcəyindən ehtiyat etmədən könlü istədiyi qidaları sifariş edir. Süfrədə bolluca qidalar olması xoşuna gəlir.
4. Rihanna konsert öncəsi papaq, şlyapa, eynək... bu kimi əşyalarla kamuflyaj edərək pərəstişkarları arasında dolaşmağı sevir. Onu heyranlarının nə düşündüyü, haqqında nələr danışdıqları çox maraqlandırır. Əlbəttə, bu gəzintilər zamanı qorumaları da gizlincə onu təqib edir.
5. Rihannanın bədənindəki döymənin tərcüməsi “əsla bacarıqsızlıq deyil, hər zaman bir dərs”dir. Amma bu sözlər tərsinə həkk edilib. Ona görə ki, Rihanna güzgü qarşısında dayandıqda o sözləri oxuya bilsin.
6. Məzun olmayıb. Rihanna lisey məzunu olmayıb. Musiqi karyerası başladıqda liseydən ayrılıb. Sonradan liseyi tamamlamaq fürsəti olmayıb, bu, onu heç maraqlandırmayıb da.
7. Məktəbə nifrət edir. Dünyada ən çox qazanc əldə edən pop-star olmasaydı, psixoloq olmaq istərdi. Amma bunun üçün yenə də məktəbə getmək lazım gələcəkdi. Rihanna isə məktəbə getməyi heç vaxt sevməyib, hətta nifrət edib. Allaha şükür edir ki, onu sevdiyi istiqamətə yönəldib.
8. Rihanna ayaqlarını 1 milyon dollara sığortalayıb. Hər yerə, hər şeyə xərclənən pullar müqabilində ayaqlar da çox önəmlidir.
9. Rihanna yaxın rəfiqəsi, məşhur müğənni Keti Perrinin, bizim dillə desək, toy sağdışı olmalıydı. Gəlinin əsas köməkçisi, yardımçısı. Amma Hindistanda mahnılardan ibarət albomunun qeydiyyat işləri ilə bağlı vaxtında toya gələ bilməyib.
10. Mükəmməl həyatı var. Həyatının mükəmməl olması, ona rahatsızlıq gətirəcək heç bir şeyin olmaması Rihannanı qorxudur. Bəlkə də qorxmaqda haqlıdır. Məşədi İbad demiş: mənim bir eyibim var, o da eyibsizliyimdi. Hər insanda mütləq çatışmayan nəsə var. Rihanna bunu gizlədə bilir, hələ ki.
Əsas məsələ: Ona yaxınlaşanlar Rihannadan hər zaman gözəl qoxu gəldiyini söyləyir. Bunu başqa məşhurlar da təsdiqləyir. Amma nədəndir bu gözəl qoxu, bilinmir.
Hazırladı: Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat