
Rusiya qalibdir: Britanıyanın Ukraynaya yardımı gedişatı dəyişməyəcək
09:34 16.01.2025
Dünya
567
Böyük Britaniyanın Baş naziri Keyr Starmer Ukraynanın paytaxtına səfər edib.
Bu barədə AP agentliyi məlumat yayıb.
Britaniya hökuməti bildirib ki, Starmer və Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə, elm, energetika və ticarət kimi sahələri əhatə edən və "tarixi saziş" adlandırılan "100 illik tərəfdaşlıq" müqaviləsi imzalayacaqlar.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Nazirlər Kabineti Ukrayna ilə rüsumsuz ticarət sazişini daha 2029-cu ilədək 5 il müddətinə uzatmaq haqqında qərar qəbul edib.
Böyük Britaniya ilə Ukrayna arasında yumurta və toyuq əti istisna olmaqla, əksər mallar üzrə ticarət azı 2029-cu ilədək rüsumsuz olacaq. Bu qərar Ukraynanın münaqişədən sonrakı iqtisadi bərpasını dəstəkləməyə və eyni zamanda, yerli biznesin inkişafına yönəlib.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a bildirib ki, Böyük Britaniya və Ukrayna arasında müqavilənin imzalanacağı aydın məsələ idi:

"Ukraynanın başına bu hadisələrin gəlməsinin səbəbkarı və günahkarının yarısı Rusiyaya, digər yarısı isə Britaniya, ABŞ və digər Qərb ölkələrinə aiddir. Məhz Qərb ölkələri bu prosesdə "qızışdırıcı" mövqedən çıxış ediblər. Ukrayna xalqının çətin duruma düşməsində onların iştirakı böyükdür. Buna görə də Böyük Britaniya yardım etməyə borcludur. Digər tərəfdən bütün bunların Ukraynanın vəziyyətinin düzəldilməsi, xalqın işıqlı gələcəyə aparılması üçün nə dərəcədə təsir edəcəyi dəqiq deyil. Britaniyanın yardımlarının münaqişənin Ukraynanın qazanması ilə nəticələnəcəyinə də inanmıram. Rusiya qalibdir və danışıqların başlayacağı ilə bağlı fikirlər də var. Rusiya ədası və imkanları ilə stol arxasına əyləşir. Britaniyanın dəstəyi müharibənin nəticələrinin aradan qaldırılması və bir az özünə gəlməsi üçün faydalı ola bilər. Ümumilikdə isə bu yardım mübarizənin gedişinə artıq hər hansı təsir edə və ya bu situasiyanı dəyişə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə