Rusiya səmasında rekord sayda PUA: 791 aparat vuruldu

Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında ölkə ərazisi və ona bitişik akvatoriyalar üzərində 791 Ukrayna PUA-sını ələ keçirərək məhv edib.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları Belqorod, Bryansk, Vladimir, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Tambov və Tula vilayətləri, Moskva regionu, Krasnodar diyarı və Krım üzərində zərərsizləşdirilib.

Bundan əlavə, Rusiya HHM qüvvələri Azov və Qara dənizlərin akvatoriyası üzərində də PUA-ları ələ keçirib.