Rusiya XİN: Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbul etmirik
Rusiya XİN: Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbul etmirik
12:29 28.02.2024
Dünya
475
“KTMT-nin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hökumətinin ittihamlarını birmənalı şəkildə qəbul etmirik”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurması ilə bağlı fikirlərini şərh edərək bildirib.
“Xatırlatmaq istərdim ki, 2022-ci ilin sentyabr ayında Ermənistan tərəfinin xahişi ilə KTMT Katibliyinin və Birləşmiş Qərargahının qiymətləndirmə missiyası formalaşdırılıb və operativ şəkildə ölkənin sərhəd rayonlarına göndərilib", - o deyib.
Zaxarova qeyd edib ki, nəticələrə əsasən KTMT tərəfindən monitorinq missiyasının göndərilməsi qərara alınıb:
“Bizim və ya digərlərinin günahı deyil ki, hərbi-texniki dəstək göstərməklə bağlı təkliflər Ermənistan hakimiyyəti tərəfindən rədd edilib. Bundan əlavə, İrəvan nümayişkaranə şəkildə Aİ müşahidə missiyasını dəvət etmək qərarını qəbul etdi. Bütün faktlar onu göstərir ki, həmin nümayəndələrin fəaliyyətinin effektivliyi sıfıra bərabərdir. Bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və təəssüflə qeyd etmək istəyirik ki, Ermənistanın KTMT tədbirlərində iştirakının azaldılması dost erməni xalqının maraqlarına xidmət etmir”, - o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat