Rusiyada yeni səfərbərlik olmayacaq - Peskov

Kremlin sözçüsü Rusiyada yeni səfərbərlik keçirilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Sherg .az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə yeni səfərbərliyə hazırlıqla bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

“Bilirsiniz, bütün bunları Ukrayna hakimiyyəti ortaya atır. Təbii ki, rejim ölkəmizdə vəziyyəti ideoloji baxımdan gərginləşdirməyə çalışır. Bunlar informasiya məkanına məqsədli şəkildə atılan dezinformasiya xarakterli məlumatlardır”, - deyə Peskov RTVI-yə açıqlamasında bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də iyulun 28-də ölkədə guya yeni səfərbərliyə hazırlıqla bağlı yayılan xəbərləri vəziyyəti sabitsizləşdirməyə yönəlmiş “düşmənin yalançı təxribatı” adlandırmışdı.