
Şahzadə Harri "Aviasiyanın Yaşayan Əfsanələri" arasına qatıldı
Yusif Nəzərli
16:23 20.01.2024
Dünya
457
Kral həyatı ilə vidalaşan və ABŞ-da yeni səhifə açan şahzadə Harri və Meqan Markl hər zaman gündəmdədir. Şahzadə Harriyə "Aviasiyanın Yaşayan Əfsanələri" mükafatı verilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 2020-ci ildə İngiltərədəki krallıq vəzifələrini tərk edərək ABŞ-a köçən Şahzadə Harri və Meqan Markl kral ailəsindən ayrılsalar da gündəmdə qalmağı bacarırlar.
Bu yaxınlarda tamamladıqları iş sövdələşmələri ilə ad çıxaran cütlüklərdən biri Şahzadə Harriyə ABŞ-da mükafat verilib.
Bir müddət Britaniya Ordusunda ikinci pilot olan Şahzadə Harriyə fövqəladə aviasiya uğurlarına görə "Aviasiyanın Yaşayan Əfsanəsi" mükafatı verilib.
Şahzadə Harriyə mükafatını təqdim edərkən Con Travolta 1985-ci ildə Ağ Evdə Şahzadə Diana ilə rəqs etdiyi andan danışıb.
Şahzadə Harri də "O, anamla rəqs edəndə mənim 1 yaşım var idi. Bax indi haradayıq" deyib.
Bu mükafat əvvəllər Buzz Aldrin, Jeff Bezos, Tom Cruise, Neil Armstrong, Harrison Ford, Morgan Freeman və Elon Musk kimi adlara verilib.

"Daily Mail"-in xəbərinə görə, bu mükafatın şahzadə Harriyə verilməsi ordudakı bəzi pilotları qəzəbləndirib.
2012-2013-cü illərdə Əfqanıstanda Apaçi helikopterinin pilotu kimi xidmət edən şahzadə Harri təxminən 10 il orduda xidmət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm