Rusiyanın Samara vilayəti Ukrayna Silahlı Qüvvələrinin kütləvi dron hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.
O bildirib ki, Ukrayna ordusu vilayətdə sənaye obyektlərini hədəfə alıb. Hadisə nəticəsində mülki obyektlərə, şəxsi evlərə və nəqliyyat vasitələrinə ziyan dəyib.
Samara qubernatoru çoxlu sayda dronun vurulduğunu da qeyd edib. Fedorişev qeyd edib ki, təcili yardım qrupu hazırda dağıntılar və ya ziyan barədə tam məlumat toplayır.