Səfirdən ABŞ-a xəbərdarlıq: İran əməliyyatı fəlakətə çevrilə bilər!

Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı ABŞ və İsrailin İranda həyata keçirdiyi əməliyyatın ciddi risklər daşıdığını bildirib.

O, "The Telegraph" qəzetinə yazdığı məqalədə qeyd edib ki, xüsusilə quru əməliyyatı başlasa, bu, “fəlakətli nəticələrə” səbəb olacaq.

Zalujnının sözlərinə görə, səhrada mümkün hərbi sınaqlar və “zərbə zonasının” yoxlanılması son dərəcə təhlükəlidir və istənilən ssenari ağır nəticələr doğuracaq.

Diplomat əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin nə vaxt bitəcəyini proqnozlaşdırmaq hazırda mümkün deyil.

Eyni zamanda bildirilir ki, Donald Tramp administrasiyası artıq İranla mümkün sülh danışıqlarının formatını müzakirə etməyə başlayıb.