SEPAH-ın planı: Bakını hədəfə almaq...
10:43 14.08.2024
Dünya
485
İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir
İstisna deyil ki, İsraillə mümkün qarşıdurmada Bakıya qarşı köhnə təhdidləri yeniləmək ssenarisini də hazırlayırlar
Yaxın Şərqdə artan gərginlik Cənubi Qafqaza, o cümlədən Azərbaycana təsirsiz ötüşmür. İran Prezidenti M.Pezeşkian İsrailin yaxın qonşularda mövqelərinə zərbə endirməyi təklif edərkən, Azərbaycanın adı çəkilib, yəni İsrailin ölkəmizdəki səfirliyinə qarşı həmlə nəzərdə tutulub. Əlbəttə, Azərbaycan başqa dövlətlərin mübarizə və müharibə meydanı deyil. Maraqlıdır ki, bu mövzu ətrafında müzakirələr davam edərkən İsrailin “Kan” televiziyası İsrail ordusunun İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıb. Bu, açıq-aşkar təxribatdır. Azərbaycanda İsrailə məxsus hərbi birlik və ya hərbçilər yoxdur. İsrailin dövlət televiziyası bu təxribatçı xəbərlə İrandakı anti-Azərbaycan mövqeyində dayanan mühafizəkar dairələrin və SEPAH generallarının əlinə oynayıb. Çünki məhz onlar illərdir İsrailin Azərbaycanda hərbi varlığı haqqında əfsanələr yayırlar. İndi də deyəcəklər ki, “gördünüz, bunu İsrail də təsdiq edib”. Yaxın Şərqdəki gərginlikdə və İran-İsrail qarşıdurmasında tərəf olmasaq da, bizi alovun içinə atmaq istəyirlər. Belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyin əhəmiyyəti bir daha görsənir.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Onun sözlərinə görə, bu kontekstdə Pezeşkianın SEPAH-a “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan informasiyalar diqqət çəkir:
"Pezeşkianın azərbaycanlı olması onun Azərbaycan maraqlarını İranın maraqlarına qurban verəcəyi demək deyil. Əksinə, rejimin içindən çıxan doktorun lazım gələrsə, hər şeyə əl atacağı, yaxud rejimin anti-Azərbaycan qərarlarına qarşı çıxmaq gücündə olmadığı aydındır. Lakin o da aydındır ki, İsraillə qarşıdurmadan çəkinən Pezeşkianın Azərbaycanla normallaşma prosesini də dəstəkləyir. Bu baxımdan, onun “Azərbaycanı vuraq” mövqeyindən çıxış etməsi şübhəlidir. Belə bir informasiyanın tirajlanması İran daxilində Azərbaycana qarşı olan qüvvələrin – SEPAH-ın özünün marağındadır. Azərbaycanla normallaşma prosesini dəstəkləyən Pezeşkianı Bakı ilə üz-üzə qoyur. Cənubi Azərbaycanda Pezeşkiana olan inamı zədələyirlər. İstisna deyil ki, SEPAH İsraillə mümkün qarşıdurmada Azərbaycanı hədəfə almaq, yaxud Bakıya qarşı köhnə təhdidləri yeniləmək ssenarisini də hazırlayır. Pezeşkianın adından belə bir məlumatın yayılması hadisələrin inkişafında Bakının rəsmi Tehranla diplomatik təmaslarına maneələrin yaradılması məqsədi daşıyır. Hərçənd Tehran Bakı ilə normallaşma prosesinə şübhələrin yaranmaması üçün Pezeşkianın adından yayılan bəyanatı təkzib etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə