Siyarto Qara dəniz sualtı kabel layihəsinin geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşdığını bildirib
Siyarto Qara dəniz sualtı kabel layihəsinin geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşdığını bildirib
09:23 03.09.2024
Dünya
2462
Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto bildirib ki, gələcəkdə Azərbaycan və Gürcüstandan Macarıstanla Rumıniyaya ekoloji cəhətdən təmiz elektrik enerjisinin idxalına imkan verən layihə geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşır. Buxarestdə Macarıstan-Azərbaycan-Gürcüstan-Rumıniya yaşıl enerji tərəfdaşlığına həsr olunmuş görüşdə nazir bu çətin dövrdə milli təhlükəsizliyin əsas elementi kimi enerji təhlükəsizliyinin vacibliyini vurğulayıb.
APA xəbər verir ki, bu barədə Macarıstan Baş nazirin sözçüsü Zoltan Kovacs “X” paylaşımında bildirib.
“Xarici işlər naziri Siyarto Macarıstanın dörd əsas prinsipə əsaslanan enerji strategiyasından danışdı: Pakş atom elektrik stansiyasında iki yeni reaktorun inşası ilə nüvə gücünün genişləndirilməsi, günəş enerjisi gücünün əhəmiyyətli dərəcədə artması, etibarlı enerji tədarükçüləri ilə əməkdaşlıq axtarışı və yeni tədarük marşrutlarının tətbiqi. O, parlaq nümunə kimi Gürcüstan və Azərbaycandan yeni ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqinə imkan verəcək, Macarıstanın elektrik enerjisi istehlakının dayanıqlığını artıracaq "yaşıl enerji dəhlizi" layihəsini göstərib. Nazir qeyd edib ki, layihə sürətlə irəliləyir, iştirakçı ölkələrin elektroenergetika şirkətləri birgə müəssisə yaradır və tezliklə yaşıl enerji sahəsində dəyişdirilmiş tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır. O, Aİ-nin bu təşəbbüs üçün lazım olan infrastrukturun inkişafına maliyyə dəstəyi verəcəyinə ümid etdiyini bildirib və bu cür layihələrin uğurunun çox vaxt maliyyələşmədən asılı olduğunu vurğulayıb. 1100 kilometr uzunluğunda bir sualtı kabel uzunluğu rekordu qıracaq və tikinti başa çatdıqdan sonra təmiz elektrik enerjisi idxalını asanlaşdıracaq”, - paylaşımda qeyd olunub.
Qeyd edək ki, 3 sentyabr tarixində paytaxt Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 8-ci iclası keçirilir. İclasda energetika naziri Pərviz Şahbazov da iştirak edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət