Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Somali sahilləri yaxınlığında tankerə naməlum şəxslərin nəzarəti ələ keçirdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, məlumata görə, insident Somali sahillərində Mareyo şəhərindən təxminən 83 kilometr şimal-şərqdə baş verib. Hücum edənlər gəmini ələ keçirərək cənub istiqamətində hərəkət etdiriblər. Hazırda tanker ilkin nöqtədən təxminən 77 dəniz mili cənubda yerləşir.
Qeyd olunur ki, Somali sahillərində fəaliyyət göstərən silahlı pirat qruplar 2000-ci illərin əvvəllərindən etibarən gəmiləri fidyə məqsədilə ələ keçirirlər.