
Suat Delgen: İsrailin Suriyadakı hərbi hərakatını Türkiyəyə mesaj olaraq düşünmək doğru deyil
11:17 03.04.2025
Dünya
545
İsrailin Suriyaya son zərbələri Türkiyənin bu ölkədə hərbi baza yaratmasının qəbuledilməz olmasına dair Ankaraya mesajıdır. Bu barədə “Yerusəlim Post” məlumat yayıb. İsrailin “Kan” radiostansiyasının informasiyasına görə, Türkiyə Palmira yaxınlığında T4 aerodromuna nəzarət etmək istəyir və bu da öz növbəsində İsrailin aviaəməliyyatlarına zərər verə bilər.
Məlumatda bildirilib ki, İsrailin əsas narahatlığı ondan ibarətdir ki, kiçik aerodromdan Türkiyə PUA-ların və daha pisi isə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün istifadə edə bilsin.
Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen “Sherg.az”a bildirib ki, 7 noyabr Həmas terror hücumlarından sonra Netanyahu hakimiyyəti və Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə İsrailin təhlükəsizliyi qorumaq üçün hərbi əməliyyatlara başladılar:

“İsrail-Amerika ortaqlığının əsas hədəfi İran və tərəfdarlarının yaratdığı müqavimətin, bölgədəki hərbi fəaliyyətlərinin azaldılmasına yönəlib. Livana yönəlik icra olunan hərbi hərəkatlar və Suriyadakı hakimiyyət dəyişməsi də bu sahədə meydana gələn hadisələrdir. Hazırda Amerikada müqavimət oxunun digər üzvü olan Husilərə qarşı Yəməndə hərbi əməliyyatlar aparılır. Bəşər Əsəd rejiminin dağılmasından sonra İsrailin Suriyanın hərbi potensialını məhv edəcək şəkildə reallaşdırdığı hərəkət hansısa qrupun Suriyada ordunun nəzarətini ələ keçirməsini istəməməsinə işarədir. HTŞ və YPG-nin belə konvensional mənada Hava Hücumundan Müdafiə sistemi, qüvvətli ordusu və döyüş təyyarələri yoxdur. Daha çox daxili sabitliyi tənzimləyəcək, sərhədləri qoruyacaq və qaçaqmalçılığı əngəlləyəcək hərbi təşkilatdır. İsrail üçün Suriyada da belə quruluşun olmaması əsas prioritetdir. Digər tərəfdən Türkiyə Milli Müdafiə Nazirliyinin Suriyada hərbi qüvvə yaratması ilə bağlı net açıqlama görməmişəm. İsrailin Həmas və Şamda icra etdiyi hərbi hərakatı sadəcə Türkiyəyə mesaj olaraq düşünmək doğru deyil. Çünki İsrailin əsas məqsədi Suriyanın tək bir gücün nəzarətindən yenidən hərbi gücə çevrilməsini əngəlləməkdir. Əgər Suriya belə bir quruluşa qayıdarsa, İran-İraq-Suriya üçbücağı təkrar fəaliyyətə keçər. Həmçinin bu Livandakı Hizbullahı dəstəkləmək üçün istifadə olunarsa, Hizbullahın yenidən güclənməsi gətirib çıxarar. Türkəyinin Suriyada hərbi varlığının artması da İsrail üçün risk formalaşdıra bilər. Belə olan halda gələcək zamanda Türkiyə Suriyada hərbi varlığını artırsa, Amerikanın kiminsə vasitəçiliyi ilə hər iki ölkənin münasibətlərinin normallaşmasına çalışacağını düşünürəm. Həmçinin İsrail və Azərbaycam əlaqələri də yaxşı səviyyədədir. Buna görə də Türkiyə İsrail əlaqələri fonunda Azərbaycanın da vasitəçi ola biləcəyini düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm