
Sülh yaxın zamanda baş tutmayacaq: Tramp Ukraynanın savaşdan tam məğlub ayrılmasını istəmir
13:56 27.01.2025
Dünya
442
Donald Tramp müharibəni yaza qədər bitirməyi hədəfləyir. Bu barədə “İndependent” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Zelenskinin adamı, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya Trampın andiçmə mərasimində fəxri yerdə olub. Bundan sonra o, Ukrayna mətbuatına bildirib ki, indi rəsmi Ukrayna nümayəndə heyətinin Vaşinqtona səfəri gözlənilir və gələn ay ABŞ prezidenti ilə görüşəcək.
Qeyd edilib ki, Ukrayna ilə bağlı narahat olanlar Araxamiyanın andiçmə mərasimində iştirakını nəzərə almalıdırlar. Bu, Donald Trampın prosesin sonunda Ukraynanın yaxşı anlaşma əldə etməsini təmin etmək niyyətini göstərən çox mühüm addım idi.
Politoloq Sultan Zahidov “Sherg.az”a vurğulayıb ki, Trampın müharibəni bitirmə məsələsi onun seçkiqabağı kampaniyasından bu günə qədər gündəmdədir:

“Amma cəbhədəki və siyasi-diplomatik reallıq heç də Trampın verdiyi bəyanatlara uyğun gəlmir. Tramp seçki ərəfəsində müharibəni 48 saat ərzində bitirəcəyini söyləmişdi. İndi isə yaza qədər müharibəni bitirməsi ilə bağlı məlumatlar yayılır. Amma Ukrayna, Rusiya tərəfinin atəşkəs və sülh sazişi ilə bağlı mövqeləri fərqlidir. Vladimir Putin birmənalı şəkildə deyir ki, bizə atəşkəs razılaşması lazım deyil. Çünki biz cəhbədə irəliləyirik. Eyni zamanda qed edir ki, atəşkəsdən sonra Ukraynanın möhkəmlənib yenidən Rusiyaya hücum etməyəcəyinə heç kəs təmin edə bilməz. Ukrayna tərəfi isə bəyan edir ki, atəşkəsin imzalanarsa, Ukraynaya iki yüz minlik Avropa kotingenti yerləşdirilməlidir ki, Rusiyanın mümkün hücumunun qarşısını alsın. Rusiya da Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsinə heç zaman razı olmayacaq. Xatırlatmaq lazımdır ki, Rusiyanın Ukraynaya hücumunun əsas səbəblərindən biri də Ukraynanın NATO-ya inteqrasiyası və NATO infrastrukturunu Rusiya ilə sərhədlərinə gətirmək idi. Yəni belə olan halda Tramp çalışacaq ki, savaşın bitməsində müəyyən rol oynasın. Bu hadisə Trampın adını tarixə yazacaq addım ola bilər. Digər tərəfdən Tramp və Putin arasında danışıqların baş tutması gözlənilir. Lakin sülh sazişinin imzalanması yaxın zamanda baş tutmayacaq. Ümumiyyətlə Donald Tramp Ukraynanın savaşdan tam məğlub ayrılmasını da istəmir. Çünki Amerikanın Ukraynadan heç bir nəticə almadan savaşın bitməsi Vaşinqton üçün fiasko olar. Fikrimcə, Amerika-Rusiya və Amerika-Ukrayna arasında diplomatik kanallar vasitəsilə danışıqlar davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya