Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri ləğv edilib

Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Abdi qruplaşmanın ləğv olunduğunu və Suriya ordusuna inteqrasiya olunduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə Məzlum Abdu prezident Əhməd əl-Şaraa ilə görüşdən sonra Dəməşqdə keçirilən mətbuat konfransında açıqlama verib.

"Biz Suriya tarixində sülh, sabitlik və bərpa fəsli açırıq və SDQ-nin müstəqil hərbi qüvvə kimi mövcudluğunun sonunu tam məsuliyyətlə elan edirik", - o deyib.

Abdi həmçinin qeyd edib ki, Suriyanın şimal-şərqindəki kürd muxtariyyətinin administrasiyası dövlət aparatının bir hissəsinə çevriləcək.