Suriyadan Rusiyaya son 1,5 ildə ilk birbaşa reysə biletlərin demək olar ki, hamısı satılıb.
Sherg.az xəbər verir ki, bu barədə TASS aviaşirkət Syrian Airlines-a istinadən məlumat yayıb.
Dəməşqdən Moskvaya ilk birbaşa uçuş avqustun 16-na planlaşdırılıb. İki ölkə arasında birbaşa hava əlaqəsi Suriyadakı vəziyyətlə əlaqədar 2024-cü ilin dekabrında dayandırılmışdı.
Syrian Airlines bildirib ki, bilet satışı hələ davam etsə də, reys artıq demək olar tam dolub. Aviaşirkət tələbat yüksək olacağı təqdirdə Moskva–Dəməşq marşrutu üzrə uçuşların sayının artırılması üçün iş aparılacağını açıqlayıb.