
Tərəflərin mövqeləri tamamilə fərqlidir: Müharibəni dərhal dayandırmaq Putin üçün...
12:15 22.08.2025
Dünya
377
Çünki Rusiya tərəfindən baxdıqda müharibənin uzanması daha sərfəlidir
Trampın Ukraynadakı sülh səyləri dörd gündə dalana dirənib.
Bu barədə “Voll Strit Jurnal” yazıb.
“Trampın sülh razılaşması əldə etmək üçün Vladimir Putin və Vladimir Zelenski ilə görüşmək ümidləri puça çıxdı. Onun Putin və Zelenskini müharibəni bitirməyi müzakirə etmək üçün görüşməyə çağıran ehtiyat planı da baş tutmayıb”, - məlumatda qeyd olunub.
Nəşr yazır ki, ABŞ və Avropa rəsmiləri hələ də sülhməramlı qüvvələrin tərkibi ilə bağlı danışıqlar aparır, lakin bu ideya Kreml tərəfindən tez bir zamanda rədd edildi və Trampın ABŞ-ın hərbi iştirakının həcmini müəyyən etmək istəyi ilə bağlı suallar doğurdu:
“Planlarının əksəriyyəti hələ də yerinə yetirilmədiyi bir vaxtda Tramp son 7 ayda onu narahat edən qeyri-müəyyənliklə üzləşir – o, Putinə nə qədər təzyiq göstərməyə və Zelenskini dəstəkləməkdə nə qədər irəli getməyə hazırdır?”
Politoloq Fuad Abbasov Sherg.az-a deyib ki, Trampın addımları həm seçki kampaniyası zamanı verdiyi vədlərə, həm də dünya ictimaiyyəti və daxili auditoriyasına ünvanladığı mesajlara uyğun şəkildə atılır:

"O, müharibəni dayandırmaq niyyətindədir. İstər atəşkəs razılaşması, istər sülhməramlıların yerləşdirilməsi, istərsə də silahlı qarşıdurmanın dayandırılması təşəbbüsləri bu məqsədə xidmət edir. Tramp həm Putin, həm Zelenski, həm də Avropa və NATO liderləri ilə görüşdü. Bütün bu addımların nəticəsi olaraq müharibənin dayandırılması və ya ən azı atəşkəsin elan olunması gözlənilsə də, hələlik bu baş verməyib. Rusiya və Ukraynanın mövqelərini də anlamaq mümkündür. Rusiya tərəfi uzun müddət öz ictimaiyyətinə Ukraynanın qısa müddətdə – üç günə və ya üç aya məğlub ediləcəyi vədini verib. Lakin artıq üç ildən çoxdur ki, reallaşmayıb. Bu səbəbdən Trampın təklif etdiyi kimi müharibəni dərhal dayandırmaq və ya sülh razılaşması imzalamaq Putin üçün qəbulolunmaz görünür. Digər tərəfdən, Zelenski illər boyu xalqa verdiyi “bir addım da geri çəkilməyəcəyik, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra əldə etdiyimiz torpaqları geri qaytaracağıq” vədlərinə görə Putinlə kompromisə gedə bilmir. Çünki bu, ərazi itkiləri deməkdir. Xatırlatmaq lazımdır ki, Zelenskinin özü imzaladığı qərara əsasən Ukrayna prezidentlərinin Rusiya prezidenti ilə sülh müqaviləsi imzalamaq üçün görüşməsi qadağandır. Belə bir addım atması onun siyasi və hüquqi məsuliyyət daşımasına səbəb ola bilər".
Analitikin sözlərinə görə, Rusiya tərəfindən baxdıqda isə müharibənin uzanması daha sərfəlidir:
"Çünki müharibə davam etdikcə NATO daxilində, Avropa Birliyi (AB) ölkələri arasında, həmçinin ABŞ-AB münasibətlərində fikir ayrılıqları yaranır. Bu isə Kreml üçün əlverişlidir. Bundan əlavə, daxili auditoriya qarşısında müharibə vəziyyətində olmaq hakimiyyətin möhkəmlənməsinə xidmət edir. Hakimiyyətini mümkün qədər uzatmaq istəyən Kreml müharibəni də uzatmağa maraqlıdır.
Bütün bunları nəzərə alaraq demək olar ki, Putinlə Zelenski arasında görüşün baş tutması və ya sülh müqaviləsinin imzalanması real görünmür. Çünki tərəflərin mövqeləri tamamilə fərqli qütblərdədir. Odur ki, onların ortaq məxrəcə gəlməsi qeyri-mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm