ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin Kiyevə səfəri hələlik təsdiqlənməyib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ağ Evdəki yüksək vəzifəli rəsmisi anonimlik şərti ilə Ukraynanın "Obşçestvennoye" nəşrinə bildirib.
Daha əvvəl bir mənbə TASS-a bildirib ki, Uitkoff və Kuşner avqustun sonuna qədər Kiyev və Moskvaya səfər edə bilərlər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Amerika liderinin elçilərini bir daha qəbul etməyə hazırdır.
Onların Kremlə hansı təklifləri təqdim edəcəkləri hələlik məlum deyil.