UKMTO: Somali sahillərində tanker ələ keçirilib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Somali sahillərində tankerin naməlum şəxslər tərəfindən ələ keçirildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə xarici media UKMTO-ya istinadən məlumat yayıb.

"UKMTO Mareyodan (Somali) 45 dəniz mili (83 km) şimal-şərqdə baş vermiş insident barədə məlumat alıb. Hərbi rəhbərlik naməlum şəxslərin tankeri ələ keçirdiyini və gəmini Somali ərazi sularında 77 dəniz mili (143 km) cənuba doğru apardığını bildirib", - qeyd olunub.

Digər təfərrüatlar açıqlanmır. Gəmilərə ərazidən ehtiyatla keçmək və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunur.