Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətindəki Rusiyanın "Kalmiuske" ümumqoşun təlim poliqonuna zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur: "10 iyulda və 11 iyul gecəsi Rusiyanın hücum imkanlarını azaltmaq çərçivəsində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri düşmənin bir sıra vacib hərbi hədəflərinə zərbələr endirib".
Donetsk vilayətinin Dokuçayevsk rayonundakı "Kalmiuske" ümumqoşun təlim poliqonuna endirilən zərbə nəticələri dəqiqləşdirilir.
Bundan əlavə, Rusiya Federasiyasının Belqorod vilayətinin Krısanovoye və Zaporojye vilayətinin Perşotravneveye ərazilərində pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələri vurulub.
Donetsk vilayətinin Qorlivka və Kursk vilayətinin Karıj şəhərlərində Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi ərazilər də zərbələrə məruz qalıb.