Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitri Lubinets ölkədə həyata keçirilən səfərbərlik tədbirlərinin təxminən 90 faizinin qanun pozuntuları ilə müşayiət olunduğunu bildirib.
Sherg.az xəbər verir ki, onun sözlərinə görə, hərbçilərin şəxsiyyəti təsdiq edən sənədləri yoxlamaq, avtomobilləri saxlamaq, blokpostlar qurmaq və vətəndaşları heç bir izahat vermədən avtomobildən çıxarmaq səlahiyyəti yoxdur.
Lubinets həmçinin Ukrayna Müdafiə Nazirliyini hərbçilərin balaklava taxmasını və fərqləndirici nişanlarını gizlətməsini qadağan etməyə çağırıb. Ombudsman hesab edir ki, bu, qanun pozuntusuna yol verən şəxslərin müəyyən edilməsini asanlaşdıracaq.