Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Belqorod vilayətinə zərbə endirib.
APA xəbər verir ki, bu barədə vilayətin rəhbəri Vyaçeslav Qladkov bildirib.
O qeyd edib ki, hücum nəticəsində üç mülki şəxs ölüb, daha üç nəfər, o cümlədən bir yeniyetmə yaralanıb.
Məlumata görə, dronlar Belqorod vilayətində üç minik avtomobilinə zərbə endirib.