Ukrayna xalqı Zelenskinin vecinə deyil - Lukaşenko

Ukrayna xalqı Prezident Vladimir Zelenskinin vecinə deyil.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən onu yaxşı tanıyırdım, o, axmaq insan deyil. Görünür, ambisiyaları önə keçib”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, müharibənin başa çatması Qərbdən yox, birbaşa Zelenskidən asılıdır:

“Bu yaxınlarda Qərb nümayəndələri ilə görüşəndə ​​anladım ki, onlar sülh istəyirlər, amma Zelenskiyə təzyiq edə bilmirlər”.