Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.
Beləliklə, Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik ən azı avqustun 2-dək qüvvədə olacaq.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik ilk dəfə 2022-ci ilin fevralında tətbiq olunub və o vaxtdan etibarən mütəmadi olaraq uzadılır.