Ukraynanın Qərbə inamı, güvəni qalmayıb - Şərh
11:42 08.12.2023
Dünya
525
Kiyevə verilən vədlər, yardımlar azaldıqca Rusiya dirçəlir
Ukraynanın vəziyyəti silah qıtlığı, Qərbdə ictimai dəstəyin zəifləməsi, artan daxili siyasi rəqabət kimi problemlərin yığılması ilə pisləşir. Buna paralel olaraq isə Rusiya Qərbin təcridlərinə müqavimət göstərməyi bacarır. Ukrayna Rusiyanın fonunda getdikcə daha çox təcrid olunur. Qərb ölkələri lazımi silahların tədarükü ilə bağlı Kiyevə verdiyi vədlərə əməl etmədi, bu isə Ukrayna ordusunun yaydakı əks-hücumunun uğursuzluğunu izah edir. Fransa Prezidenti Makronun vəd etdiyi hərbi iqtisadiyyat isə real bəhrə vermədi. Avropanın Ukraynaya vədləri fonunda Rusiya hərbi sənayesi savaş rejiminə keçdi və bunun hesabına Moskva döyüş meydanında güc balansını öz xeyrinə dəyişə bilər.
Bu barədə “Le Fiqaro” məlumat yayıb.
“Avropalıların yorğunluğu və AB-dəki parçalanma Rusiya lideri Vladimir Putinin müharibənin gedişatını dəyişdirmək üçün gözlədiyi məqamlar idi. Artıq bir neçə həftədir ki, Rusiya Prezidenti əlverişli şəraitdə öz üstünlüyünü nümayiş etdirir. Rusiya ordusu Qərbin dəstəklədiyi ukraynalılara qarşı dayandı, Putin Qərbin təcridini “qırdı” və Cənubdakı antiqərb müttəfiqlərinə söykənərək sanksiyalardan yayınıb, xarici səfərləri bərpa etdi”, - məlumatda deyilir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Qərb ABŞ-nin timsalında Ukraynaya lazım olan dəstəyi sonuna qədər göstərmir:
"Əslində Ukrayna Qərbdən çox böyük ümidlər və vədlər alırdı. Buradakı əsas məqam Qərbin ənənəvi ritorikasına sadiq qalmasıdır. Yəni biz hər zaman Qərbin dövlətləri, xalqları qızışdırdığının və müəyyən proseslərdə sözügedən dövlətləri və xalqları tək buraxmaq tendensiyasını müşahidə etmişik".
T. İsmayılov Qərbin Ukraynaya etdiyi dəstəklər fonunda Rusiya qarşısında istənilən nəticələri almadığını gördüyünü və bu səbəbdən rəsmi Kiyevə yardımlarını azaltdığını qeyd edib:
"Qərbin Rusiya qarşısında Ukraynanı lazımi qədər dəstəkləməməsi onun meydanda tək qalması ilə nəticələnir. Ukrayna hakimiyyəti tərəfindən son vaxtlar verilən açıqlamalar və mesajlar Ukraynın içərsində Qərbə qarşı etimatsızlıq yarandığının sübutudur. Bu konteksdə Ukraynanın müxtəlif səlahiyyətli şəxslərinin ayrı-ayrı mövzularda səsləndirdiyi fikirlərdə Ukraynanın Qərbə inamı və güvəninin qalmadığını göstərən digər faktorlardır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm