Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ-yə səfər üçün dəvət alıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “NBC News”a bildirib.
“Məni ABŞ-yə dəvət ediblər. Əməkdaşlıq qurduqdan və irəliləyiş olduqdan sonra ora getməyin mümkünlüyünü nəzərdən keçiririk”, - o qeyd edib.