WP: Kiyev və Şərqi Ukrayna kütləvi elektrik böhranının astanasındadır

Kiyev və Ukraynanın şərq bölgələri genişmiqyaslı elektrik kəsintisinin bir addımlığındadır.

Sherg.az "Washington Post''a istinadən xəbər verir ki, risk altında olan əsas enerji ötürmə xətləri hazırda elektrik istehsalının böyük hissəsinin cəmləşdiyi Ukraynanın qərb hissəsindən şərqə enerji daşıyır.

Məlumata görə, Kreml qəsdən “enerji adaları” adlandırılan vəziyyət yaradır ki, bununla bütöv regionları elektrik istehsalından və vahid enerji şəbəkəsindən tamamilə ayırsın. Mütəxəssislər bildirirlər ki, sistemin tam çöküşü üçün daha neçə raket zərbəsinin lazım olacağını proqnozlaşdırmaq mümkün deyil.

Nəşr qeyd edir ki, Ukraynanın mövcud enerji infrastrukturunu qorumaq getdikcə daha da çətinləşir.