Yer kürəsində maqnit qasırğası 30 saatdır davam edir
09:55 01.10.2025
Dünya
260
Yer kürəsində maqnit qasırğası, təxminən, 30 saatdır davam edir, onun gücü G1 və G2 səviyyələri arasında dəyişir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
"Dünən, sentyabrın son günündə, təxminən, saat 3-də (Bakı vaxtı ilə saat 4) başlayan maqnit qasırğası hazırda davam edir. Hadisənin davamlılığı artıq 30 saata çatıb", - məlumatda bildirilib.
Laboratoriyanın məlumatına görə, hazırda sahənin böyüklüyü iki dəfə azalıb ki, bu da qasırğanın orta G1-G2 səviyyəsində qalmasına imkan verir.
Qeyd olunub ki, son 24 saat ərzində planetlərarası mühitin parametrləri, əsasən, pisə doğru dəyişib.
"Yer kürəsi yaxınlığında Günəş küləyinin sürəti 400 km/s-dən təqribən 700 km/s-ə yüksəlib. Plazmanın temperaturu üç dəfə artıb, 100 000-dən 300 000 dərəcəyə yüksəlib", - deyə əlavə edilib.
Bildirilib ki, ona görə də növbəti 24 saat üçün proqnoz əlverişsiz olaraq qalır.
"Yaxın saatlarda qasırğanın "sarı" səviyyəyə qədər zəifləməsi ehtimalına baxmayaraq, həm Günəşdə, həm də Yerətrafı mühitdə vəziyyət şəraitin normallaşması üçün əlverişli deyil. Bundan əlavə, 24 saatlıq proqnoza əsasən, bir çox günlər ərzində ilk dəfə olaraq ulduzda yüksək X sinfinə məxsus partlayışların əmələ gəlməsi ehtimalı 50% olaraq qiymətləndirilir", - deyə bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət